Ana səhifə / Siyasət / Çavuşoğlu: “Can Azərbaycanın haqlarını müdafiə etmək üçün birlikdə çalışdıq”

Çavuşoğlu: “Can Azərbaycanın haqlarını müdafiə etmək üçün birlikdə çalışdıq”

Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın XİN başçısı Ceyhun Bayramovun tvitinə münasibət bildirib.

Türkiyəli diplomat C.Bayramova təşəkkürünü bildirib:

“Əziz qardaşım, Türkiyə və Can Azərbaycanın haqlarını müdafiə etmək üçün birlikdə çalışdıq, çox təşəkkür edirəm. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb. Türkiyənin xarici işlər naziri vəzifəsinə Milli Kəşfiyyat Təşkilatının sabiq rəisi Hakan Fidan təyin olunub.

Həmçinin oxuyun

Emmanuel Makron Muxtar Babayevi qəbul edib

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP 29 iqlim konfransının prezidenti Muxtar Babayev Parisdə “COP29 …