Ana səhifə / Siyasət / Allahşükür Paşazadə Qəzza ilə bağlı çağırış etdi

Allahşükür Paşazadə Qəzza ilə bağlı çağırış etdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Qəzzada sülhə nail olmaq üçün siyasətçiləri tezliklə qərarlar qəbul etməyə çağırıb. 

Bu barədə Allahşükür Paşazadə noyabrın 2-də İordaniyanın Azərbaycandakı səfiri Ömər Bərəkət əl-Nahar ilə görüşdə bildirib. 

QMİ sədri son günlər Yaxın Şərqdə baş verənlərə toxunaraq Qəzzada mülki şəxslərin, qoca, qadın və uşaqların həlak olmasına təəssüfləndiyini bildirib, siyasətçilərin sülhə nail olmaq üçün tezliklə müdrik qərarlar qəbul edəcəklərinə inandığını qeyd edib. 

Həmçinin oxuyun

Müsavatın dialoqda iştirakına etiraz: Vəfa Cümşüdlü partiyadan istefa verdi

Müsavat Partiyasının keçmiş Divan üzvü və sabiq Qadınlar Təşkilatının sədri Vəfa Cümşüdlü partiyadan istefa verib. …