Sosial şəbəkədə biz:

"DQR”-in “nümayəndəliyi”nə məxsus bina dövlət balansına keçiriləcək

"DQR”-in “nümayəndəliyi”nə məxsus bina dövlət balansına keçiriləcək
Xəbər Şəkli
17 September 2026, 08:32
Siyasət

Ermənistanın Baş naziri Nikol Paşinyan özünü buraxan qondarma “Dağlıq Qarabağ Respublikası”nın İrəvandakı “nümayəndəliyi”nin binasının dövlət balansına keçiriləcəyini bildirib.

Ermənistan mediası xəbər verir ki, Paşinyan bu barədə parlamentdə “hökumət saatı” zamanı danışıb.

“Ermənistanda iki dövlətin, iki hökumətin olması mümkün deyil. Ölkə daxilində ikinci dövlət, ikinci hökumət və ya ikinci parlament formalaşdırmaq cəhdlərinin qarşısını ən sərt üsullarla alacağam”, – Baş nazir vurğulayıb.