Sosial şəbəkədə biz:

Cahangir Əsgərovun qızı Çelsidə 7,5 milyon dollara əmlak alıb

Cahangir Əsgərovun qızı Çelsidə 7,5 milyon dollara əmlak alıb
Xəbər Şəkli
17 September 2026, 09:14
Araşdırma

Dövlət subsidiyaları ilə idarə olunan AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun qızı Məlahət (Mila) Əsgərova bu ili iyunun 30-da Çelsidə Duqlas Kent Uolladan 7,5 milyon dollara əmlak alıb.

Azinforum.az  xəbər verir ki, bunu Avropa yaşayan jurnalist Cavanşir Həsənli yazıb.

“Söhbət Manhettenin Chelsea rayonunda, 543 West 25th Street ünvanında yerləşən iki kommersiya tipli obyektdən gedir.
Cahangir Əsgərovun qızı əmlakı sahibi olduğu MRCRI Prop LLC adlı şirkəti vasitəsilə alıb. Satıcı isə Duqlas Uollanın sahibi olduğu Marlborough Gallery ilə əlaqəli Marlborough Real Estate LLC olub.
Ümumi sahə 434.6 kvadrat metrdir.
Əmlak biznes istifadəsi, böyük ehtimalla Gazelli Art House üçün alınıb”.
Jurnalist qeyd edib ki, Duqlas Uolla Nyu-York incəsənət bazarında uzun tarixçəsi olan qalereya rəhbəri və kuratordur.