Sosial şəbəkədə biz:

"Qarabağ"dan tarixi nəticə - Azərbaycanda ilk

05 November 2016, 20:14
Gündəm
Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin IV turunda Yunanıstanın “PAOK” klubunu 1:0 hesabı ilə məğlub edən Ağdamın “Qarabağ” komandasının UEFA-nın reytinq cədvəlində mövqeyi dəyişib. Komandamız 13 pillə irəliləyərək 18.050 xalla 99-cu yerdə qərarlaşıb. “Qarabağ” bununla da ilk yüzlükdə qərarlaşan birinci Azərbaycan klubu olub. AzVision.az