Sosial şəbəkədə biz:

Bakıda liftin trosu qırılıb, 8 nəfər xəsarət alıb

02 November 2016, 13:27
Gündəm
Bakıda lift şaxtaya düşüb, xəsarət alanlar var.
“Report”un xəbərinə görə, hadisə Binəqədi rayonunda baş verib.
Belə ki, İ.P.Dadaşov küçəsi, 260 ünvanında yerləşən 7 mərtəbəli binanın liftin trosunun qırılması nəticəsində liftdə olan 8 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.