Sosial şəbəkədə biz:

Sabah Azərbaycanda bankomatlar işləməyəcək

13 October 2016, 11:27
Gündəm
"AzeriСard" prosessinq mərkəzi sistemin texniki yenilənməsini həyata keçirəcək. AzVision.az xəbər verir ki, AzeriCard sistemində planlaşdırılmış yenilənmə işləri ilə əlaqədar olaraq, 14 oktyabr gecə saat 01:00-dan 06:00-a qədər prosessinq mərkəzinin fəaliyyəti müvvəqəti dayandırılacaq. Qeyd edək ki, "AzeriСard" prosessinq mərkəzinin xidmət göstərdiyi bankların sayı 31-dir. Azərbaycanda 32 bank fəaliyyət göstərir.