Sosial şəbəkədə biz:

HDP Ərdoğanın parlamentə gəlişini boykot etdi

01 October 2016, 20:43
Gündəm
Türkiyə Millət Məclisi 15 iyul çevrilişindən 42 gün sonra bu gün ilk iclasını keçirib. Lent.az-ın məlumatına görə, iclas zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zala daxil olarkən diqqət çəkən bir məqam yaşanıb. Belə ki, prezident içəri daxil olarkən AKP, CHP və MHP millət vəkilləri onu ayaqüstə alqışlasalar da HDP-lilər, ötən il olduğu kimi, ayağa qalxmayıblar.