Sosial şəbəkədə biz:

Xırdalanda 42 yaşlı kişi 9-cu mərtəbədən yıxılaraq ölüb

03 September 2016, 18:12
Gündəm
Xırdalan sakini bədbəxt hadisə nəticəsində ölüb. Abşeron rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə sentyabrın 2-dən 3-ə keçən gecə qeydə alınıb. Xırdalan şəhərində yaşayan 42 yaşlı Tofiq Süleymanov 9-cu mərtəbədən yıxılıb. O hadisə yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır. (APA)