Sosial şəbəkədə biz:

Gömrüyün daha bir generalı işdən çıxarıldı

30 December 2022, 08:46
Gündəm

Dövlət Gömrük Komitəsinin daha bir generalı işdən çıxarılıb.

Bununla bağlı Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, general-mayor Vahabov Mirqasım Fazil oğlu təqaüdə göndərilib./Unikal.az