Sosial şəbəkədə biz:

Erməni polkovnik yanaraq öldü

20 May 2020, 21:41
Gündəm

Ermənistanın Armavir vilayətində "Mazda" markalı minik avtomobili yanıb.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə zamanı avtomobildə 3 nəfər olub. Onlardan biri ölüb, digər ikisi isə ağır xəsarət alıb.

Yanaraq ölən şəxs Ermənistan ordusunun polkovnik-leytenantı, 57 yaşlı Hovik Kosakyandır. Hadisə ilə bağlı araşdırma aparılır.