Çərşənbə , May 8 2024
Ana səhifə / Media / Ət yenə bahalaşdı

Ət yenə bahalaşdı

Qurban bayramı ərəfəsində ətin qiymətində bahalaşma müşahidə olunur. Paytaxtdakı qəssablar qiymət artımını rayondan mal qaranı baha almaqları ilə əlaqələndirirlər. Rayondakılar isə qıtlığı səbəb göstərirlər.

Xezerxeber.com bildirir ki, ətin qiymətində 1 manat, 1 manat 50 qəpik bahalaşma var. Mal əti 8 manat, 8manat 50 qəpik, quzu əti isə 9 manata satılır.

Qəssablar artımı rayonda mal qaranın bahalaşması ilə əlaqələndirirlər.

Elə bölgələrdə də ətin qiymətində 1-2 manat artım müşahidə olunur. Təssərrüfat sahibləri, habelə qəssablar bunu otun və yemin qiymətinin artımı ilə əlaqəlndirirlər.

Qiymət artımı alıcılıq qabiliyyətinə də ciddi təsir edib. Satıcılar deyirlər ki, bu gedişlə Qurban bayramında qiymət daha da qalxa bilər.

Həmçinin oxuyun

Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 327,37 min manatlıq həftədə dörd dəfədən az olmayaraq …

Bir cavab yazın