Şənbə , May 11 2024
Ana səhifə / Media / İTV-nin binasında yanğın

İTV-nin binasında yanğın

Bakının Yasamal rayonu, Şərifzadə küçəsində, İctimai Televiziyanın yerləşdiyi binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyi bildirir ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsində “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin inzibati binasında yanğın olması barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və texnikası hadisə yerinə cəlb olunub.

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.

Səhiyyə Nazirliyindən ildirilib ki, yanğınla bağlı saat 00:19-da Təcili Tibbi Yardıma çağırış olub. Hadisə yerinə bir neçə təcili tibbi yardım briqadası çıxıb.

İki nəfər həkimlərə müraciət edib. Onlardan birinə hadisə yerində yardım göstərilib, digəri isə tüstüdən boğulma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Əlavə məlumat veriləcək.

Həmçinin oxuyun

Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 327,37 min manatlıq həftədə dörd dəfədən az olmayaraq …