Ana səhifə / Media / Bakıda təcili yardım həkimləri səfərbər edilib

Bakıda təcili yardım həkimləri səfərbər edilib

Bakıda keçirilən Aşura məclislərində bu saata olan məlumata görə yaralanan və təcili yardıma müraciət edən olmayıb.

Bu barədə AzVision.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib. O qeyd edib ki, Aşura günü ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyirlər.

“Bakıda qanvermə aksiyaları həyata keçirilən bütün məscid, ibadət məkanlarının hər birinə təcili yardım briqadası göndərilib. Eyni zamanda Qan Bankı ilə yanaşı ərazi poliklinika həkimləri də məscidlərdədir. Hələki işlər qaydasında gedir, narahatlıq doğuran fakt yaşanmayıb. Təcili Tibbi Yardımın əməkdaşları mərasim bitənə kimi həmin ərazilərdə olacaq”.

Həmçinin oxuyun

Siyasi təzyiq altında olan jurnalistika: Azərbaycan yenə siyahıda geriləyib

əşkilat bütün dünyada jurnalistlərə təzyiqlərin artdığını deyir Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) illik media azadlığı hesabatını açıqlayıb. …

Bir cavab yazın