Sosial şəbəkədə biz:
“Xəstələnmirəm və buna hamı təəccüblənir”
Xəbər Şəkli

“Xəstələnmirəm və buna hamı təəccüblənir”

07 January 2026, 08:00
Mədəniyyət

Aparıcı Mətanət Əliverdiyeva “Xəzər axşamı” verilişində səsləndirdiyi fikirlərlə diqqət çəkib.

O, qrip və digər virus xəstəliklərinə yoluxmadığını bildirib. M.Əliverdiyeva bunun səbəbini öz daxili möhkəmliyi və düşüncə tərzi ilə əlaqələndirib:

"Mənə qrip və ya heç bir virus keçmir. Bunlara qarşı çox möhkəməm. Xəstələnmirəm və buna hamı təəccüblənir. Təəccüblənməyə gərək yoxdur. Allah məni bu cür yaradıb. Mən qrip olan birinin yanında heç vaxt yoluxmuram. Çünki mən belə şeyləri özümə təlqin etmirəm"./Axşam.az