“Cibimə 10 min qoyun, gəlim“ - Aparıcı
Aparıcı Zaur Kamal ad günü məclislərinə getmək üçün 10 min manat tələb edir.
Milli.az xəbər verir ki, bu barədə o, "Həmin Zaur" verilişində danışıb.
O bildirib: "Məni ad günlərinə dəvət edirlər. Neçə müddətdir getmirəm. Artıq özümə şərt qoymuşam. Ad günlərinizdə iştirak etməyimi istəyirsinizsə, cibimə 10 min qoyun, gəlim".