Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Manşet / Zakir Fərəcovun daha bir mövqeyi zəiflədi-Abşerona nəzarət əldən çıxdı

Zakir Fərəcovun daha bir mövqeyi zəiflədi-Abşerona nəzarət əldən çıxdı

Abşeron Rayon İcra Hakimiyyətində daha bir kadr dəyişikliyi olub. 

Azinforum.az mia.az-a istinadən xəbər verir ki, icra başçısı Abdin Fərzəliyev birinci müavini Məhəmməd Həsənovu vəzifədən kənarlaşdırıb.

Məlumat üçün bildirək ki, Məhəmməd Həsənov Sumqayıt şəhər icra hakimiyyətinin başçısı  Zakir Fərəcovun bacısı oğludur.

Onu da qeyd edək ki, A.Fərzəliyev az əvvəl adıçəkilən rayona rəhbər təyin olunub. O, bu gündək Abşeronda xeyli vəzifəli şəxsi işdən çıxararaq, onların yerinə Nərimanov İH-dəki sadiq kadrları təyin edib.

Azinforum.az olaraq bildiririk ki, Məhəmməd Həsənovun adı bundan əvvəl dayısı Zakir Fərəcovla bağlı bir sıra qalmaqallarda hallanıb. Abşeron Rayon İcra Hakimiyyətinə İradə Gülməmmədova rəhbərlik edən vaxt oranın Zakir Fərəcovun kurasiyasında olduğu bildirilirdi. Sumqayıtın icra başçısı Abşerona məhz birinci müavin olan bacısı oğlunun vasitəsilə gizli nəzarəti həyata keçirirmiş. Abidin Fərzəliyev rayona icra başçısı təyin olunandan sonra aparatı təmizləsə də, Məhəmməd Həsənov postunu qoruyub saxlaya bilmişdi. Qeyd edilirdi ki, onun postunu qorunmasında Fərəcovun rolu olub. Abidin Fərzəliyevin gec də olsa, Zakir Fərəcovun bacısı oğlunu istefaya göndərməsi həm də onun Sumqayıtın icra başçısı üzərində mövqe savaşında qalib çıxdığının göstəricisi sayıla bilər. Fərəcovun bacısı oğlunu strateji postda saxlaya bilməməsi, həm də icra başçısının hazırda mövqeyinin çox zəiflədiyinə dəlalət edir.

Azinforum.az

Həmçinin oxuyun

Monopoliya, inkişafdan qalan kənd təsərrüfatı və qeyri-şəffaf  subsidiyalar…

“İmkanlılar torpaqdan üçtərəfli qazanc götürürlər. Subsidiya alıb əkirlər, biçəndə ən azı 30-40 sentner taxıl götürürlər. …