Şənbə , May 18 2024
Ana səhifə / Manşet / Yeni yaradılan partiyanın sədri Mirkazım Seyidov: “28 ildə Azərbaycan üçün 17 milyon dollar pul xərcləmişəm…” – VİDEOMÜSAHİBƏ

Yeni yaradılan partiyanın sədri Mirkazım Seyidov: “28 ildə Azərbaycan üçün 17 milyon dollar pul xərcləmişəm…” – VİDEOMÜSAHİBƏ

Azərbaycanda bəzi siyasi partiyaların qeydiyyatı ləğv olunmalıdır”

Yeni yaradılan Böyük Dayaq Partiyasının Təşkilat Komitəsinin (TK) sədri Mirkazım Seyidov Azinforum.az-a geniş videomüsahibə verib.

M.Seyidov videomüsahibədə yeni yaradılan “Böyük Dayaq”ın gələcək fəaliyyət istiqamətlərindən və Azərbaycandakı siyasi partiyaların hazırki vəziyyətindən danışıb. O qeyd edib ki, “Böyük Dayaq” Azərbaycan siyasi platformasına yeni nəfəs gətirəcək, partiya üzvlərinin hər biri özündə liderlik keyfiyyətlərini birləşdirən funksioner kimi yetişdiriləcək, eyni zamanda, partiya təkcə siyasi qurum kimi deyil, həm də siyasi-ideoloji beyin mərkəzi kimi fəaliyyət göstərəcək.

M.Seyidov əlavə edib ki, Azərbaycanda bəzi partiyalar var ki, uzun illərdir fəaliyyət göstərməsinə və davamlı olaraq bütün seçkilərdə iştirak etməsinə baxmayaraq, indiyə qədər heç bir ciddi nəticə əldə edə bilməyiblər, həmçinin belə partiyaların ictimai rəyə təsiri də sıfırın altındadır. O bildirir ki, bir möhür, bir sədrdən ibarət olan bu tip partiyaların fəaliyyəti ciddi şəkildə təftiş olunmalı, on illər ərzində qanuverici orqana bir nəfər üzv sala bilməyən partiyaların fəaliyyəti araşdırılmalı və qeydiyyatı ləğv olunmalıdır.

Azinforum.az 2 hissədən ibarət olan həmin videomüsahibəni təqdim edir:

Həmçinin oxuyun

Sahil Babayev nazir olandan sonra pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı sürətlə artır

Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə Azərbaycanda 148 min 793 nəfərə yaşa görə …