Cümə axşamı , May 9 2024
Ana səhifə / Manşet / Sosial mediadakı tənqidlərdən məmurları kimlər qoruyur? – Bu fəaliyyət birbaşa Prezidentin iradəsinə qarşıdır…

Sosial mediadakı tənqidlərdən məmurları kimlər qoruyur? – Bu fəaliyyət birbaşa Prezidentin iradəsinə qarşıdır…

Media ilə bağlı olduqca maraqlı tendensiya yaranıb.
Tənqidçi jurnalistlər çıxılmaz bir durumda qalıb. Ciddi media subyektləri adını qoyduqları təsisatlarda heç orta səviyyəli məmur barədə belə tənqid verilmir. Yuxarıdan gələn icazəli tənqidlər istisna olmaqla. Korrupsioner məmurlarla peşəkar adlandırılan media qurumları arasında cinayətkar bir şəbəkə yaranıb. Bu vasitə ilə ruşvətxor məmurlar özlərini medianın tənqidlərindən sığortalanmış olurlar.

Belə olduğu təqdirdə, vicdanı, ləyaqəti olan jurnalistlər öz tənqidlərini sosial media vasitəsilə ictimailəşməyə məcbur qalır.
Axı, jurnalistika həm də onun sevən insanın qanına hoppmuş bir sahədir. Bu yolu seçən adam yazmayanda – rahat ola bilmir, ürəyi partlayır, xəstəliklərə düçar olur. Tənqidçi jurnalistlərin bu hisslərinə isə məhəl qoyan yoxdur.

Gündəlik çörəkpulunu zorla qazanan, həyatda heç nəyi olmayan, evdən qoşulduğu internetin aylıq pulunu belə zorla ödəyən jurnalistin özünə məxsus olan sosial şəbəkə hesabında yazdığını da ona çox görürlər. Konkret faktlara əsaslanan bir məlumatı özünə məxsus sosial şəbəkə hesabında ictimailəşdirəndə belə, onun üzərinə yüz yerdən: xahişlər, təzyiqlər, hədələr gəlir…

Hətta bu gün mənə məlum olub ki, klassik media nümunələrinin birinin əməkdaşı hansısa rayonun icra başçısından öz sosial şəbəkə hesabında tənqid yazdığına görə, uzun illər çalışdığı işindən uzaqlaşdırılıb. Bu, tam dəqiq məlumatdır. Baş redaktor işçisinə təzyiq edib ki, həmin yazını öz hesabından silsin. Bunun prinsipial məsələ olduğunu deyən jurnalistin qarşısında iki yol qoyulub: ya yazdığını sil, ya da ərizəni yazıb işdən çıx. Ləyaqətini üstün tutan jurnalist ikinci yolu tutub. Bəli, bu hadisə Azərbaycanın çox tanınmış KİV-lərindən birində baş verib. Lazım bilsə , həmin jurnalistin özü bu məsələnin yalan olmadığını təsdiqləyə bilər.

İndi görün , media cameəsində buna bənzər nə qədər bizim bilmədiyimiz hadisələr baş verir. Ən maraqləsı budur ki, öz əməkdaşını məmurun marağına satan bu cür adamlar medianın başında oturur, möhtəbər məclislərdə media ləyəqətindən, etikasından bizə mühazirə oxuyurlar. Bu medianın sahibi, yiyəsi varsa, onsuz da gün çörəyinə möhtac edilən ləyaqətli jurnalistlərin qürurlarının sındırılmasının qarşısını alsınlar.

Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxışı zamanı sosial media ilə bağlı səsləndirdiyi önəmli fikirlərdən sonra bu qənaətə gəldim ki, jurnalistlərin sosial mediada fəal olmasının qarşısı da təsadüfən alınmır. Bunun qətiyyən Prezident İlham Əliyevlə əlaqəsi yoxdur. Bunun adı özfəaliyyətdir və birbaşa Prezidentin iradəsinin əksinə yönəlib.

Dövlət başçısının sosial media ilə bağlı ifadə etdiyi son fikirlərdən bir sitata diqqət edək:

“Təbii ki, sosial mediadan istifadə edirəm. Azərbaycanda baş verən bir çox hadisələr, mənə məruzə edilməmiş bəzi hadisələr, istər bürokratik manelər və ya bilərəkdən mənə məruz edilməyən məsələlər olur. Nəvələrim hətta mənə müəyyən məlumatları verirlər. Övladlarım sosial mediada gördüklərini mənə deyirlər. Mən özüm də sosial medianı izləyirəm. O mənə çox yardımçı olur…”

İndi bildiniz ki, cinayət əlaqəsində olan bəzi məmur-jurnalist ittifaqları niyə sosial şəbəkədə ciddi nələrinsə yazılmasına imkan vermir? Bilirlər ki, Prezidentin informasiya aldığı önəmli və filtirdən keçməyən mənbələrdən biri də sosial şəbəkələrdi. Bunun edənlər həm də ölkənin inkişafının qarşısını alır. Çünki ictimai nəzarətin susdurulması, məmur dərəbəyliyinə yol açır. Bundan da zərərçəkən sadə xalq olur. İmkan verin, heç olmasa barmaqla sayılacaq sayda qalan ləyaqətli jurnalistlər rahat nəfəs alıb, öz tənqidlərini edə bilsin!

Məhəmmədəli QƏRİBLİ

Azinforum.az

Həmçinin oxuyun

lhamə Abdullayevanın Əli Həsənovun şirkəti ilə 70 minlik şübhəli sövləşməsi

Abşeron-Xızı Regional Təhsil İdarəsi “Azərmətbuatyayım” Açıq Səhmdar Cəmiyyəti ilə 70 000 manatlıq satınalma müqaviləsi bağlayacaq.Müqavilə …