Ana səhifə / Manşet / Saxta müsabiqələr keçirən Anar Məmmədəliyevin “Space”in adından istifadə etdiyi üzə çıxdı… – VİDEO

Saxta müsabiqələr keçirən Anar Məmmədəliyevin “Space”in adından istifadə etdiyi üzə çıxdı… – VİDEO

Azinforum.az olaraq, ötən ay Bakıda keçirilmiş “Uşad modellik yarışması” adlı tədbirlə bağlı ciddi narazılıqların üzə çıxması haqda məlumat vermişdik. Qeyd edək ki, Yarışmanın layihə rəhbəri Anar Məmmədəliyev adlı şəxs olub. Sosial şəbəkələrdə həmin elanı görən valideynlər Məmmədəliyevlə şəxsən əlaqə saxlayıblar. Sonra layihə rəhbəri əlində müqavilə həmin adamlarla görüşüb, müqaviləyə imza atdırıb və bunun müqabilndə nağd pul alıb. Azinforum.az-a şikayət edən valideynlər bildirilər ki, yarşmanın təşkilatçısı pulu toplayandan sonra, verdiyi vədlərə əməl etməyib. Hazırlıq işləri çox bərbad halda, darısqal bir məkanda. başdansovdu şəkildə aparılıb. Uşaqlara pulsuz paltarların veriləcəyi ilə bağlı vəd də boşa çıxıb. Əvvəl paltarların brend mağazalar tərəfindən veriləcəyinə dair söz verilsə də, sonra valideynlər “Sədərək” bazarına yönləndirilib. Məsafə uzaq olduğu üçün, valideynlərin çoxu uşaqlara paltarı öz ciblərinin pulu ilə almağa məcbur qalıblar. Yekun tədbirdə münsiflər heyətində tanınmış şəxslərin yer alacağı vədi də boşa çıxıb. Uşaqların qiymətləndirilməsi prosesində heç bir tanınmış simaya rast gəlinməyib. Tədbir yayın istisində restoranların birinin kondsionerli zalında deyil, açıq havada baş tutub ki, bundan da uşaqlar və valideynlər ciddi əziyət çəkməli olub. Ən maraqlısı isə budur ki, tədbir təşkilatçıları yarışmanın gedişi ərzində valideynlərə yaxınlaşıb onlardan övladların qalib yerlərin verilə biləcəyi müqabilində rüşvət tələb ediblər. “Müsabiqənin” sonunda Anar Məmmədəliyev narazı valideynləri dinləmədən aradan çıxıb.

Azinforum.az olaraq bildiririk ki, sosial şəbəkələrdə bu yöndə gedən müzakirələrdə layihə rəhbəri barədə birmənalı fikirlər səslənmir. Bir çox narazılar iddia edir ki, bir neçə il əvvəl bu şəxs şəhid Zəhra balamızın adı ilə də tədbir keçirib, çoxlu pul yığıb. Sosial şəbəkələrdə Anar Məmmədəliyevin hesabları mövcuddur. Orda həmin adamın iş yeri kimi populyar telekanalların adı göstərilir. Şəxsin “Sapace” və “Lider” kanallarında layihə rəhbəri olduğuna dair qeydlərə rast gəlmək mümkündür.

Azinforum.az bu şəxsin “Space” televiziyasında çalışıb-çalışmadığını öyrənmək üçün həmin telekanalın ictimiayyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Elgünlə əlaqə saxlayıb. Televizyanın təmsilçisi bildirib ki, onların bu adda əməkdaşı yoxdur. Maraqlıdır ki, Anar Məmmədəliyev bütün bu narazılıqların fonunda yeni bir yarşımanın keçirilməsinə start verib. Görün bu dəfə nə qədər vətəndaş aldadılacaq?

Çinarə SEYİDOVA,

Azinforum.az

Həmçinin oxuyun

Yardım etdiklərimizin minnəti…

Vaxtım və həvəsim olanda “TikTok”-da canlı yayım açıram. Əsasən gündəm mövzularından danışıram. İnteraktivliyi təmin etmək …