Çərşənbə , May 15 2024
Ana səhifə / Manşet / Prezidentin yeni islahat modeli- Təcrübəli kadrların bilikləri, gənclərin novatorluğu…

Prezidentin yeni islahat modeli- Təcrübəli kadrların bilikləri, gənclərin novatorluğu…

Prezident İlham Əliyevin ötən gün yeni təyin etdiyi icra başçılarını qəbul etməsi və qəbulda söylədiyi nitq, fikirləri və tapşırıqları xüsusi diqqət çəkdi. İlk olaraq ona görə ki, İlham Əliyevin yeni təyinatında biri kifayət qədər təcrübəli, Milli Məclisdə çalışan şəxs, digəri isə gənc idi və bu da prezidentin bir müddət əvvəlki mövqeyini üzə çıxardı. Prezident BDU-nun 100 illiyi ilə bağlı keçirilən mərasimdəki geniş çıxışında demişdi:

“Kadr islahatları aparılmalıdır, ancaq təkamül yolu ilə, təbi yolla, burada da heç bir əyintilərə yol vermək olmaz. Mən bir neçə dəfə bu məsələ ilə bağlı fikirlərimi deyəndən sonra bəziləri başladılar bəzi adamların yaşını hesablamağa ki, bunun 70 yaşı var, getməlidir. Qətiyyən belə şey ola bilməz. Sonra dedim mən imkan vermərəm ki, kampaniya aparılsın. Təcrübə, bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meyilliyi – bu sintez Azərbaycanda var”.

Prezident bunun birbaşa nümunəsini ötən gün etdiyi yeni təyinatlarda nümayiş etdirdi. Həm də bunu açıq şəkildə ifadə etdi. Bildirdi ki, bugünkü təyinat mənim dediyim sözlərin təsdiqidir: təcrübə və gənclərin novatorluğu: “Bax, bu sintez həm cəmiyyətdə mövcud olmalıdır, möhkəmlənməlidir, həm də iqtidar komandasında və bütün idarəetmə strukturlarında. Təcrübəli kadrların bilikləri, hazırlığı, eyni zamanda, gənclərin novatorluğu, dinamizmi, yeniliklərə meyilliliyi – bu prinsiplərin vəhdəti uğurlu inkişafımızı bundan sonra da şərtləndirəcəkdir”.

Prezident islahatların davam edəcəyi anonsunu da verdi bu çıxışında, həmçinin istiqamətləri bəlli etdi. Yeni tələblər Prezidentin kadr islahatlarında yeni tələbləri də aydınlaşır. O, artıq neçənci dəfədir ki, yeni təyin etdiyi icra başçılarına xalqın razılığını qazanmalarını tələb edir. “Əgər vətəndaşlar sizdən razı qalsa, mən də razı qalacağam, etimadımı doğrultmasanız, sizi ciddi cəza gözləyir” – Prezidentin nitqində bu tezis artıq neçənci dəfədir ki xatırladılır. Yeni kadrlardan tələblərinin daha yüksək olduğunu bildirən İlham Əliyev əgər əvvəllər korrupsiya və rüşvətxorluqla mübarizə istəyirdisə, indi tələbini daha da sərtləşdirib: “rüşvətxorluq, korrupsiya sıfır dərəcəsində olmalıdır”. Hədəf nədir?

İlham Əliyev artıq yenilənmiş bir Azərbaycan qurmaq istədiyini ortaya qoyub: rüşvətsiz, korrupsiyasız, işsizliyin olmadığı, daim inkişaf edən… Prezident məmurların xalqa ağa deyil, xidmətçi olmasını tələb edir. Prezident Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaq uğrunda çalışır. Bu yolda bütün xalqı öz arxasında görməkdə isə tamamilə haqlıdır. İlham Əliyev özü də bilir ki, xalq onun apardığı böyük islahatlar kursunu və müəyyən etdiyi hədəfləri dəstəkləyir. Təsadüfü deyil ki, bir neçə gündür Azərbaycan iqtidarına qarşı qatı müxalif mövqedə dayanın xarici informasiya resursunda keçirilən sorğu da maraqlı nəticələri ortaya qoydu. Bu sorğuda islahatların İlham Əliyevin reytinqini yüksəltdiyini düşənənlərin sayı əks düşüncə sahiblərindən tam 8 dəfə çoxdur.

Nazlı ONUR, Azinforum.az

Həmçinin oxuyun

Monopoliya, inkişafdan qalan kənd təsərrüfatı və qeyri-şəffaf  subsidiyalar…

“İmkanlılar torpaqdan üçtərəfli qazanc götürürlər. Subsidiya alıb əkirlər, biçəndə ən azı 30-40 sentner taxıl götürürlər. …