Çərşənbə , May 15 2024
Ana səhifə / Manşet / Politoloq Naxçıvanla bağlı dövriyəyə buraxılan təxribat xarakterli məlumatlardan yazdı…

Politoloq Naxçıvanla bağlı dövriyəyə buraxılan təxribat xarakterli məlumatlardan yazdı…

Tanınmış politoloq, beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva maraqlı yazı ilə çıxış edib. Azinforum.az mövzunun aktuallığını nəzərə alıb, həmin yazını olduğu kimi təqdim edir:

“Dostlar, bir müşahidəmi sizinlə bölüşmək isrəyirəm, son vatxlar ermənilərin Naxçıvan MR istiqamətində tez-tez atəşkəsi pozması adi hal halıb. Bununla paralel sosial media üzərindən şübhəli səhifələr, şübhəli hesablar Naxçıvanla bağlı davamlı təxribat xarakterli paylaşımlar edir və bu istiqamətdə gündəm mövzusu formalaşdırmaqla məşğuldurlar. Ölkə daxilində bu mövzunu müxtəlif interpritasiyalarda dəstəklənməsi, kiçik hesablarda bundan istifadə müşahidə olunur. Bir neçə şübhəli səhifə və profillərin paylaşımlarında olan əsas mövzunu araşdırmağa qərar verdim.


Son vaxtlar sosial şəbəkələrdə Naxçıvan MR-də vəzifə tutan şəxslərin arasında bir nəfər də olsun kənar regionun təmsilçilərinin olmaması ilə bağlı aktiv paylaşımlar edilir. Həmin məlumatlarda qeyd edilir ki, güya Naxçıvan MR-də əslən naxçıvanlı olmayanların dövlət qurumlarında təmsilçiliyinə maneələr yaradılır. Mövzunu araşdırdım və Naxçıvan MR-də vəzifə tutan yüksən çinli şəxslər arasında xeyli sayda əslən başqa regionların təmsilçilərinin adına rast gəldim. Əldə etdiyim bəzi faktları təqdim edirəm:


– Naxçıvan MR Fövqəladə Hallar naziri, general-leytenant Şami Abdullayev əslən Gürcüstan Respublikasındandır.

– Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Qərərgah rəisi – birinci müavin, general –mayor Fazil Ağalarov, əslən Goranboy rayonundandır.


– Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Teymur Eyyubov, əslən Kürdəmir rayonundandır.

Daha dərindən araşdırsaydım, siyahını uzatmaq da olardı.
Məntiqi olaraq bu cür yalan informasiyaların tirajlanmasında hansı məqsəd güdülə bilər kimi sual yaranır. Birinci hədəf ölkədə regionlararası münasibətlərin qızışdırılmasıdır. İkinci niyyət isə daha təhlükəli və qlobal əhəmiyyətlidir. Bu barədə geniş yazı ilə çıxış edəcəm…
Azərbaycan bütün bölğələri ilə bizim hamımızın vətənidir. Keçmiş və gələcək nəsillərimizin uyuduğu, yaşayacağı torpaq, hər bir azərbaycanlının fəxri olacaq dövlətimizdir. Daxildəki kiçik hesablarda belə mövzuların istifadəsi, xaricdəki böyük hesablarda bu mövzunu istifadə etmək istəyənlərin əlinə oynamaqdan başqa nəsə deyil…”

Azinforum.az

Həmçinin oxuyun

Monopoliya, inkişafdan qalan kənd təsərrüfatı və qeyri-şəffaf  subsidiyalar…

“İmkanlılar torpaqdan üçtərəfli qazanc götürürlər. Subsidiya alıb əkirlər, biçəndə ən azı 30-40 sentner taxıl götürürlər. …