Şənbə , May 25 2024
Ana səhifə / Manşet / Azər Zeynalovu tam bitirən “Şərq qapısı” kimi maraqlı səbəb-FOTO

Azər Zeynalovu tam bitirən “Şərq qapısı” kimi maraqlı səbəb-FOTO

Vasif Talıbovun istefasından sonra onun səlahiyyətləri avtomatik olaraq sədrin birinci müavini olan Azər Zeynalova keçdi. Digər müavin yeri isə uzun müddət boş idi. Azər Zeynalovun post-Talıbov dönəmində postunda qala bilməsi, hətta vəzifələrə təyinatların da onun tərəfindən imzalanması, bu personanın sanki reabilitasiya olunduğu təəssüratını yaradırdı.

Sual olunurdu: Vasif Talıbov dönəmində “boz kardinal” rolunu oynayan bu şəxs adını islahatçı qoyan yeni komandaya necə isnişə bilib? Ancaq ən maraqlı hal Prezident İlham Əliyevlə Ərdoğanın Naxçıvanda keçirilən görüşü zamanı yarandı. Azər Zeynalov ali səlahiyyətli şəxs olsa da, rəsmi protokola onun yox, vəzifə ierarxiyasında ondan aşağı pillədə olan Ali Məclisin müavini Anar İbrahimovun adı salınmışdı. Prezidentlərin Naxçıvan görüşü zamanı Azər Zeynalov ümumiyyətlə gözə dəyməyib.

Əldə etdiyimiz məlumata görə, Azər Zeynalovu tam bitirən səbəblərdən biri də onun keçirilən lokal anti-terror tədbirlərindən sonra ölkə başçısına ünvanladığı təbrikin mətnində səlahiyyət həddini aşması olub.

Həmin təbrik Naxçıvan Ali Məclisinin rəsmi orqanı olan “Şərq qapısı” qəzetində dərc edilib. Maraqlıdır ki, qəzet mətni məxsusi olaraq Azər Zeynalovun təbriki başlığı ilə dərc edib. Bu da haqlı narazlıq yaradıb: Azər Zeynalov kimdir ki, şəxs olaraq bütün naxçıvanlıların adından danışır? Bəlkə də, sözügedən təbrik Ali Məclisin adından ünvanlansaydı normal qarşılanardı.

Azər Zeynalovun həbs edilməsi ilə bağlı məlumatlar yayılsa da, rəsmi qurumlar bu xəbəri nə təsdiq, nə də təkzib edir. Bir faktı qeyd edək ki, Azər Zeynalovun millət vəkili kimi toxunulmazlığı var. Onu məsuliyyətə cəlb etmək üçün, əvvəlcə mandatı əlindən alınmalıdır. Hələ ki, bu hadisə baş verməyib.

Məhəmmədəli Qəribli
Azinforum.az

Həmçinin oxuyun

Naxçıvan Ali Məclisin deputatı: “Biz nə qədər dözməliyik?” – VİDEO

Xəbər verdiyimiz kimi, mayın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclası …