Çərşənbə , May 8 2024
Ana səhifə / Kriminal / Vidadi Muradovun müsadirə olunmuş şirkəti ilə bağlı qərar qəbul ediildi

Vidadi Muradovun müsadirə olunmuş şirkəti ilə bağlı qərar qəbul ediildi

Bakı Kommersiya Məhkəməsində “Xalq Bank” ASC-nin “Azər İlmə” MMC-yə qarşı iddiasına baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Leyla Əliyevamın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, məhkəmə tərəfindən ekspertiza təyin olunub, icraat dayandırılıb.

Xatırlatma: “Xalq Bank” ASC “Azər İlmə” MMC-ni məhkəməyə verərək kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb. Cavabdeh qismində Muradova Rahilə Cəbrayıl qızı və Muradov Aydın Vidadio oğlu göstərilir.

Qeyd: “Azər İlmə” MMC şirkəti “Azərxalça”nın sabiq sədri, ev dustaqlığında ölən Vidadi Muradova məxsus olub. 11 milyon dəyərində olan şirkət keçmiş sədr həbs edilən zaman müsadirə olunmuşdu.

Həmçinin oxuyun

Qazilərə mənzil tikintisi üçün ayrılan pulu mənimsəyən sahibkarla bağlı QƏRAR

Bakıda tender pullarını mənimsəməkdə təqsirləndirilən sahibkar Tural Alışanlının barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə …