Sosial şəbəkədə biz:

Türkiyəli qəssab cinayət törədib Bakıya qaçdı: Bir il sonra sərhəddə saxlanıldı

Türkiyəli qəssab cinayət törədib Bakıya qaçdı: Bir il sonra sərhəddə saxlanıldı

Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan türkiyəli qəssaba hökm oxunub.

6 avqust 1993-cü ildə Türkiyənin Bursa şəhərində anadan olmuş T.B. barəsində Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələri ilə cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, T.B. Bursa şəhərində qəssab işləyib və orada törətdiyi cinayət əməlinə görə ötən ilin avqust ayında saxta sənədlərlə Azərbaycana gəlib. pizza hut

Xırdalan şəhərində kirayə ev tutan təqsirləndirilən şəxs həyat yoldaşı R.Ç. və 2 övladını Türkiyədən Bakıya gətirərək, birlikdə yaşayıblar. 16 aprel 2025-ci il tarixdə həyat yoldaşının və övladlarının Azərbaycanda müvəqqəti qalma müddəti bitdiyi üçün onları Bakı-İstanbul reysi ilə Türkiyəya göndərib.

Özü isə işləmək üçün Miqrasiya Xidmətindən icazə ala bilmədiyinə görə, Gürcüstana getmək qərarına gəlib. O, əldə etdiyi saxta pasportla Gürcüstan sərhədinə keçmək istəyərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmənin qərarı ilə T.B.-yə 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Qaynarinfo


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol