Sosial şəbəkədə biz:

Hərrac vədi ilə yarım milyondan çox dələduzluq edən şəxslərlə bağlı QƏRAR

Hərrac vədi ilə yarım milyondan çox dələduzluq edən şəxslərlə bağlı QƏRAR
Xəbər Şəkli
12 November 2026, 08:18
Kriminal

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun Hüseynov və Lalə Həsənovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Ceyhun Hüseynov və Lalə Həsənov tanışlarına 2020-ci ildə avtomobil alqı-satqısı ilə məşğul olduğunu, "Muğan Bank"da işləyən Rəşad adlı dostu vasitəsilə həmin bankın balansında olan hərraca çıxarılacaq avtomobillərlə bağlı biznes quracağını vəd edib.

O, qarşı tərəfi həmin bankda depozit hesabında külli miqdarda pulu olduğu üçün qabaqcadan ucuz qiymətə avtomobil alacağına, yenidən satışa çıxarıb gəlir əldə edəcəyinə inandırıb. Bu məqsədlə ondan 65 000 manat alıb. Hər avtomobilə görə 1000 manat qazanc ödəyəcəyinə dair öhdəlik götürüb.

Hər iki şəxs zərərçəkmişlərə ümumilikdə 631 550 manat məbləğində ziyan vurublar. 

Ceyhun Hüseynov və Lalə Həsənovaya Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Lalə Həsənova 6 il, Ceyhun Hüseynov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.