Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Dəryaz" qəzetinin (deryaz.az) təsisçisi və baş redaktoru Habil Tağıyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Abdullayevin sədrliyi ilə araşdırılacaq.
Qeyd: Habil Tağıyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
O, ayrı-ayrı şəxslər barəsində ifşaedici məlumatlar yayacağı hədəsi ilə müxtəlif məbləğlərdə pul tələb etməkdə ittiham olunur. Habil Tağıyevdən 10-a yaxın şəxs şikayət edib.
Habil Tağıyevin barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham elan olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.