Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Kriminal / Şamaxıda dəhşətli yol qəzası: dəmir boru sürücünün qasıq nahiyəsinə daxil olub

Şamaxıda dəhşətli yol qəzası: dəmir boru sürücünün qasıq nahiyəsinə daxil olub

Şamaxıda yolda baş verən bədbəxt hadisə nəticəsində sürücü ağır yaralanıb.

“Report” xəbər verir ki, 1985-ci il təvəllüdlü Nağaraxana kənd sakini Rəşayiq Pərviz oğlu Məmmədov avtomobil idarə edər zaman yolun ortasında olan dəmir boru avtomobilin alt hissəsini deşərək sürücünün qasıq nahiyəsinə girib.

O, ağır vəziyyətdə “təcili yardım” maşını ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxananın Cərrahiyyə şöbəsinin müdiri Ədalət Həmidov “Report”a bildirib ki, xəstə ağır vəziyyətdə şöbəyə daxil olub və ilkin müayinələr zamanı müəyyən edilib ki, dəmir boru xəstənin xayalıq hissəsindən daxil olaraq sağ bel nahiyəsindən çıxıb.

Xəstə ilkin tibbi yardım aldıqdan sonra Bakının Tibb Univeristetinin Tədris Cərrahiyə Klinikasına göndərilib.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

Həmçinin oxuyun

Müsavat partiyasının fəalını iş yoldaşı öldürdü

İtkin düşmüş Natiq Mehdi Məhəmməd oğlunun itkin düşmüş polis daxil olmuş müraciet üzrə araşdırma aparılıb. …