Bazar ertəsi , May 20 2024
Ana səhifə / Kriminal / Sabirabadda zəncirvari qəza: aralarında polis zabiti olmaqla 4 nəfər xəsarət aldı

Sabirabadda zəncirvari qəza: aralarında polis zabiti olmaqla 4 nəfər xəsarət aldı

Bu gün səhər saatlarında Sabirabad rayonunda ağır zəncirvari qəza baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, “VAZ-2107”, “NİSSAN” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində “VAZ-2107”in sürücüsü, Sabirbad rayonu, Qaratəpə kənd sakini, 25 yaşlı Yusif Vəli oğlu Hüseynov , “NİSSAN”ın sürücüsü, rayonun Qalaqıyın kənd sakini Elşən Eyvaz oğlu Hüseynov və iki nəfər sərnişini-həmkəndlisi Nicat Ramiz oğlu Quliyev, Türkədi kənd sakini Elxan İlham oğlu Dadaşov müxtəlif dərəcəli xəsarətlərlə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Ağır bədən xəsarətləri almış “07”-nin sürücüsü Yusif Hüseynov Sabirabad Rayon Polis Şöbəsinin zabitidir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Həmçinin oxuyun

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi – VİDEO

2022-ci ilin sentyabrın 8-də saat 13 radələrində Sultan Feyzullayev kirayə yaşadığı Binə qəsəbəsindəki evdə qeyri-rəsmi …