Bazar ertəsi , May 20 2024
Ana səhifə / Kriminal / Rasim Məmmədov yenidən apellyasiya şikayəti verdi

Rasim Məmmədov yenidən apellyasiya şikayəti verdi

“Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun barəsindəki hökmdən yenidən apellyasiya şikayəti verilib.

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses iyulun 11-nə təyin edilib.

Şikayət hakim Habil Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: Rasim Məmmədov DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinib. 14 il azadlıqdan məhrum edilib. Bundan əlavə onun Bakı Oksford Məktəbinin binası da daxil olmaqla 70 milyonluq əmlakı müsairə olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Rasim Məmmədovun həbs müddəti 3 ay azaldılıb.

Hökmün müsadirə olunmuş əmlaklarla bağlı hissəsindən Böyük Britaniya şirkəti Baumant Sales LLP –də şikayət vermişdi. Şirkət iddia edir ki, ittiham olunan şəxsə məxsus “Baku Non Ferrous And Foundry Company”nin müsadirə olunması onların maraqlarına toxunur. Belə ki. şirkətin onlara 15 milyon 689 min dollar borcu var. Həmin vəsait də “Baku Non Ferrous And Foundry Company”ə kredit kimi verilib.

Məhkəmə xarici şirkətin də şikayətini əsassız hesab edib. 

Həmçinin oxuyun

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi – VİDEO

2022-ci ilin sentyabrın 8-də saat 13 radələrində Sultan Feyzullayev kirayə yaşadığı Binə qəsəbəsindəki evdə qeyri-rəsmi …