Bazar ertəsi , May 20 2024
Ana səhifə / Kriminal / Ramiz Mirzəyevin bacısını və yeznəsini öldürənlər saxlanılıb

Ramiz Mirzəyevin bacısını və yeznəsini öldürənlər saxlanılıb

Tovuz rayonunda törədilən qətl hadisəsinin üstü açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən musavat.com-a deyilib ki, bu haqda istintaqda heç bir məlumat yoxdur.

Məlumatda bildirilir ki, fevral ayının 24-də rayonun Mərdan Musayev küçəsində yerləşən evdə meyitləri tapılan ər-arvad Fərman Məmmədovun və Pakizə Mirzəyevanın qatilləri ifşa olunaraq saxlanılıb. Məlumata görə, qətl olayında iştirak edənlər arasında Ruhiyyə adlı qadın da olub. Dəstə üzvlərinin 5-6 nəfər olduqları deyilir. Bildirilir ki, onlardan biri Fərman Məmmədovun oğlunun dostudur. Mənbə onu da bildirir ki, saxlanılanlar arasında “Krokodil ” ləqəbli xalça alverçisi də var.

Musavat.com-un əldə etdiyi məlumata görə Ruhiyyə Fərman Məmmədovun bacısının nəvəsidi. Cinayətdə şübhəli bilinən qadın Tovuzda tanınmış həkimlərdən birinin nəvəsidi.

Xatırladaq ki, Pakizə Mirzəyeva AFFA-nın sabiq prezidenti mərhum Ramiz Mirzəyevin bacısıdı.

 

Ramiz Mirzəyevin bacısının evi ile ilgili görsel sonucu

Həmçinin oxuyun

“ƏDV-dən kənar görülən işlərin 15 faizi Nəcməddin Sadıkova verilirdi”

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi …