Çərşənbə , May 15 2024
Ana səhifə / Kriminal / Qəbiristanlıqdan güldanlar oğurladılar

Qəbiristanlıqdan güldanlar oğurladılar

Ağdamda qəbrisitanlıqlardan oğurluqlar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinə mayın 6-na keçən gecə Zəngişalı, Əhmədağalı və Qərvənd kəndləri ərazisində yerləşən qəbrisitanlıqlarda bir neçə məzarın üzərindən güldanların oğurlanması barədə müraciətlər daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuşlar – Ceyhun Quliyev və Şamil Mehdiyev müəyyən olunaraq saxlanılıblar.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların Əfətli və Zəngişalı kəndləri ərazisində yerləşən qəbrisitanlıqlarda daha 4 məzarın üzərindən güldan oğurlaması da müəyyən edilib.

Həmçinin oxuyun

Müsavat fəalını qətlə yetirən direktor müavininin FOTOLARI 

Xəbər verdiyimiz kimi, Müsavat partiyası fəalı Natiq Mehdi Məhəmməd oğlunun (Natiq Ulubəy) itkin düşməsi barədə …