Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Kriminal / Quba yolunda avtobus qəzası – Ölən və yaralanan var + Video

Quba yolunda avtobus qəzası – Ölən və yaralanan var + Video

Bakı Quba yolunun 142–ci kilometrliyində ağır yol qəzası baş verib. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı-Qusar marşrutu ilə hərəkət edən sərnişinlə dolu 10–UZ–751 nömrəli Hunday markalı avtobus 90 LO 148 nömrəli Nissan markalı minik maşını ilə toqquşub.

Hadisə nəticəsində minik maşınında olan bir nəfər həlak olub. Avtobusdakı sərnişinlərin bir neçəsi yaralanıb.

Hadisə yerinə Quba və Şabrandan təcili tibbi yardım briqadası cəlb olunub.

***

Hadisə ilə bağlı Səhiyyə Nazirliyinin  mətbuat xidmtəinin əməkdaşı Səfayə Əhmədova “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, yaralılardan 6 nəfərinə hadisə yerində yardım göstərilib, daha 4 nəfər isə Quba Rayon Mərkəzi Xəstəxanasına aparılıb: “Onlardan üç nəfərinin vəziyyəti ağırdır”.

Qəzada həlak olan şəxs Cəlilabad rayon sakini Bayramov Məmmədəli Əkbər oğludur. Qəzada həlak olan şəxs Cəlilabad rayon sakini Bayramov Məmmədəli Əkbər oğludur.

Həmçinin oxuyun

Müsavat partiyasının fəalını iş yoldaşı öldürdü

İtkin düşmüş Natiq Mehdi Məhəmməd oğlunun itkin düşmüş polis daxil olmuş müraciet üzrə araşdırma aparılıb. …