Bazar ertəsi , May 27 2024
Ana səhifə / Kriminal / Qiyas İbrahimovun şikayəti təmin edilmədi

Qiyas İbrahimovun şikayəti təmin edilmədi

4 gündür quru aclıq aksiyası keçirən ictimai fəal Qiyas İbrahimov verdiyi apellyasiya şikayəti üçün məhkəməyə gətirilərkən yolda halı pisləşib, huşunu itirib.
Bu barədə məhkəmədə olan feminist fəal Gülnara Mehdiyeva Abzas Media-ya məlumat verib.
O bildirib ki, hadisədən xəbər tutan fəalın anası Şura Əmiraslanovanın da halı pisləşib:
“Şura xanım eşitdi ki, Qiyas huşunu itirib, halı pisləşdi. Biz onun qışqırığına çıxdıq. Bir təcili yardım Şura xanım üçün, digərin də Qiyas üçün çağırdıq. Daha sonra vəkil Qiyasın özünə gəldiyini bildirdi. Şura xanım buna inanmaq istəmirdi. Şura xanım məhkəmədə Qiyası görüb. O bildirdi ki, Qiyasın vəziyyəti çox pisdir, heç nə danışa bilməyiblər, özündə olmayıb. Qiyasa çağırdığımız həkimi onun yanına buraxıblar, amma Şura xala üçün çağırdığımız təcili yardımı onun yanına buraxmayıblar. Elə o halda da məhkəmədə qalıb”.
Məlumata görə, Apellyasiya Məhkəməsi Qiyas İbrahimovun həbsindən verdiyi şikayətini təmin etməyib.
Qeyd edilib ki, ictimai fəal iyunun 22-dən quru aclığa başlayıb. O, Gədəbəy rayonunun Söyüdlü kəndində polis zorakılığına, qanunsuz həbsinə və İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində üzləşdiyi qeyri-insani rəftara etiraz olaraq müddətsiz aclıq aksiyası keçirdiyini bəyan edib.
Q.İbrahimov İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci (…internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi,…) və 535-ci (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə ittiham olunub. O, 32 gün müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Fazil Mustafaya qarşı sui-qəsd işi: “Amerikada məhkəmə Prezidenti gətirir, burada məhkəmə bir deputatı gətirə bilmir”

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsdlə əlaqədar həbs olunan 5 nəfərin – Azər Səricanov, …