Ana səhifə / Kriminal / OPEC qlobal neft tələbatının artacağını proqnozlaşdırır

OPEC qlobal neft tələbatının artacağını proqnozlaşdırır

2017-ci ildə neftə olan tələbat orta hesabla 96,5 mln. barel/gün təşkil edəcək.

“Report” “RBC” agentliyinə istinadən xəbər verir ki, bu proqnoz OPEC təşkilatının yeni hesabatında yer alıb.

Qeyd edək ki, bu proqnoz əvvəlki ilə müqayisədə tələbin 100 min barel/gün və ya 0,1% artacağını göstərir.

Gələn il isə neft tələbatı 97,8 mln. barel/günə çatacaq. Bu da əvvəlki proqnozla müqayisədə 100 min barel/gün və ya 0,1% çoxdur.

OPEC-in hesabatında yer alan proqnozlara əsasən, 2017-ci ildə kartel üzvü olan ölkələrdə neft hasilatı 55,6 mln. barel/gün səviyyəsində proqnozlaşdırılır.

Həmçinin oxuyun

Son bir ildə Azərbaycanda 9,5 min nəfərə inzibati həbs cəzası verilib

Ötən il birinci instansiya məhkəmələrində inzibati xətalara dair 110,7 min işə baxılıb və bu 2022-ci …

Bir cavab yazın