Bazar ertəsi , May 20 2024
Ana səhifə / Kriminal / Müsəlman Birliyi Hərəkatının üzvü 4 il azadlıqdan məhrum edildi

Müsəlman Birliyi Hərəkatının üzvü 4 il azadlıqdan məhrum edildi

İyulun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının üzvü, bir il öncə külli miqdarda narkotik maddə alveri ittihamı ilə həbs edilmiş 41 yaşlı Mahir Əzimovun işi üzrə proses başa çatıb.
Məhkəmə prosesi başa çatdıqda məhkəmə ittihamı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən (narkotik maddənin qanunsuz hazırlanması, istehsalı, əldə edilməsi, saxlanması, daşınması, göndərilməsi və ya satışı) daha az ağır olan 234.1-1-ci maddəyə (satış məqsədi olmadan eyni hərəkətlər) tövsif edib və Əzimova 4 il həbs cəzası verib.
Birinci ittiham üzrə Əzimovu 5 ildən 12 ilədək, ikinci ittihamla 3 ildən 8 ilədək həbs təhlükəsi gözləyirdi. Prokuror onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Əzimov özü ittihamları rədd edib və bildirib ki, narkotik maddələri onun üzərində polis məmurlarının özləri qoyublar.
Onun sözlərinə görə, polis ondan Müsəlman Birliyi Hərəkatından imtina etməyi tələb edib, əks halda cinayət işilə hədələyib.
Müdafiə tərəfi hesab edir ki, Əzimovun günahına dair tam dəlillər təqdim edilməyib.
Vəkil Zibeydə Sadıqova diqqəti ona yönəldib ki, iş materiallarında ekspert rəyinə görə, Əzimov narkotik maddə istifadəçisi deyil. Digər tərəfdən, məhkəmə müəyyən edib ki, narkotik maddələr “satış məqsədilə olmayıb”. Belə vəziyyətdə sual yaranır ki, əgər o, narkotik maddə alverçisi və istifadəçisi deyilsə, niyə narkotik maddə daşıyırmış?
Vəkil bildirib ki, Əzimovun barəsində hökmdən Apellyasiya Məhkəməsinə şikayət veriləcək.
Müsəlman Birliyi Hərəkatında hesab edirlər ki, Mahir Əzimovun təqib edilməsi siyasi motivlidir. Hərəkatda qeyd ediblər ki, hazırda təşkilatın 60-dan çox fəalı, o cümlədən lideri Taleh Bağırzadə (2015-ci ildə Nardaranda xüsusi əməliyyat zamanı həbs edilib və 20 il azadlıqdan məhrum edilib) həbsdədir. Turan

Həmçinin oxuyun

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi – VİDEO

2022-ci ilin sentyabrın 8-də saat 13 radələrində Sultan Feyzullayev kirayə yaşadığı Binə qəsəbəsindəki evdə qeyri-rəsmi …