Sosial şəbəkədə biz:
Mal-qara oğurluğuna görə Şəmsi Səmədzadə axtarışa verildi
Xəbər Şəkli

Mal-qara oğurluğuna görə Şəmsi Səmədzadə axtarışa verildi

04 February 2026, 16:25
Kriminal

Gürcüstan Azərbaycanın tanınmış iş adamı Şəmsi Səmədzadəni (Səmədoğlu) və oğlunu axtarışa verib.  

Demokrat.az xəbər verir ki, Ş.Səmədzadənin adı Gürcüstan ərazisində mal-qara oğurluğunda çəkilir. 

Xatırladaq ki, Ş.Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. O, 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək, ömürlük cəzaya məhkum edilib. 

Ş.Səmədzadə Prezidentin əfv Sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.