Sosial şəbəkədə biz:
Rasim Həsənov həbs edilb
Xəbər Şəkli

Rasim Həsənov həbs edilb

04 February 2026, 09:12
Kriminal

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənov barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.
Təqdimata Bakı Hərbi Məhkəməsində baxılıb.
Məhkəmənin qərarı ilə Rasim Həsənov barəsində 2 ay 19 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Rasim Həsənov Cinayət Məcəlləsinin 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə), 311.3.3-cü (Rüşvət alma, külli miqdarda törədildikdə), 313-cü( Vəzifə saxtakarlığı), 341.2.3-cü (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.
APA