Ana səhifə / Kriminal / İtaliyan ailəsinin azərbaycanlı xanımına edilən dələduzluq əməlini araşdırılması niyə düyünə düşüb?..

İtaliyan ailəsinin azərbaycanlı xanımına edilən dələduzluq əməlini araşdırılması niyə düyünə düşüb?..


Onlar halal zəhmətləri ilə yaşayıb, övladlarının gələcəyi üçün böyük xəyallar qurdular. Xəyallarını gerçəkləşdirmək məqsədilə ta İtaliyadan gəlib, Azərbaycanda biznes yaratmaq planı ilə yola çıxdılar.
İtaliyan ailəsinin xanımı Salatın Quattrocchi 2022-ci ilin aprel ayında Bakıda ailə biznesini yaratmaq məqsədilə etibarlı tərəfdaş axtarır. Onun niyyətini bilən, dəfələrlə məhkumluq həyatı yaşamış Orxan Rufan oğlu Qasımov və Emil Elşən oğlu İsmayılov fürsəti fövdə vermədən qadının başının üstünü kəsirlər.


Doğru deyiblər axı:-” Oğru ilə …….. qırx dili olar”
keçmişin məhkumları, günümüzün fırıldaqçıları Salatın Quattrocchiyə iş birliyi yaratmaq təklifini irəli sürüb, qadını vicdanlı bir insan olduqlarına inanırlar.
Həyatı boyu yalandan, hiylədən uzaq, dürüst həyat yaşayan Salatın xanımın “qırx dilli” cütlüyün toruna düşür. Orxan Salatın xanımı inandırır ki, çoxlu sayda maped və motosiklet alıb, icarəyə versələr, yaxşı gəlir əldə etmiş olarlar. Bu minvalla Salatın Quattrocchi ilkin olaraq Orxan ilə Emilə 20000 (iyirmi min) sərmayə ayırır.


Lakin çox qısa müddətdə qadın aldadıldığını başa düşüb, verdiyi pullarını geri tələb edir.
Yuxarıda qeyd etdiyimiz kimi qırx dilli keçmiş məhkumlar özlərini təmizə çıxarmaq və aldadaraq mənimsədikləri 20000 manatı geri verməmək üçün vaxt itirmədən DİN-nin 102 qaynar xəttinə zəng edib, telefonunun, bəzi sənədlərin Salatın xanımın tərəfindən mənimsənildiyini söyləyirlər.
Timsah göz yaşlarına “inanan” və ya inanmaq marağında olan polis, xarici vətəndaşın ailə büdcəsinə və inamına küllü miqdarda maddi və mənəvi ziyan vuran keçmiş məhkumlara inanmağı uyğun görür.

Bu minvalla Salatın Quattrocchinin zərərçəkmiş qismində verdiyi qarşılıqlı şikayəti uzun yolculuqdan sonra nəhayət ki, Yasamal RPİ-də yekunlaşır.
Neçə yekunlaşır, bu başqa bir olay.
Fırıldaqçı və keçmiş məhkum cütlüyünün etirafları, telefon danışıqları kimi möhtərəm dəlillər nədənsə Yasamal RPİ-nin müstəntiqi, polis mayoru Tural Kazımovun marağında olmur. Hətta Salatın xanımın şikayətini nəinki araşdırmaq, heç vərəqləməyə tənəzzül etmədən, 06.dekabr 2023-cü il tarixli,cinayət işinin başlanmasını rədd edən QƏRAR çıxardır. “Qələbəsinin” sevincini yaşayan Orxan, Salatın xanıma:- ” Polis mənim adamıdır. Sən mənə nə edə bilərsən?” deyə rişxənd dolu davranış səgiləməklə, ifadələr “xərcləyir”.


“Dəvədən böyük fil var” deyə düşünən Salatın Quattrocchi haqqını aramaq üçün döymədiyi qapı qalmır. Nəhayət Salatın xanıma qapı açan və ona yaşadılan haqsızlıqları səbr və təmkinlə dinləyən Fuad Ələsgərov 01.02.2023 il tarixində, tabeliyində olan hüquqi mühafizə orqanlarına işin obyektiv araşdırılması ilə bağlı göstəriş verir.
Böyük sevinc, minnətdarlıq və ümidlə geri dönən Salatın xanımın ümidləri bu dəfə də Bakı şəhər Prokurorluğu və Yasamal rayon Prokurorluğu tərəfindən “suya düşür”
Respublika Baş Prokurorluğu tərəfindən 23.06.2022- çi il tarixində icra üçün Bakı şəhər Prokurorluğunun baş ədliyyə müşaviri Mobil Şəfiyevə ünvanlanan tapşırıq hələ bu günə qədər həllini tapa bilmir.

Salatın Quattrocchi üzləşdiyi haqsızlıqları ölkə rəhbərliyinə və aidiyyatı orqanlara çatdırmaq üçün mətbuata müraciət etdi. Biz Salatın xanımın 25.06.2023-cü il tarixli müraciəti əsasında Respublika Baş Prokurorluğuna məktubla müraciət etdik. Müraciətimiz Bakı şəhər Prokurorluğuna göndərildi. Dəfələrlə müraciətimizin nəticəsi barədə Bakı şəhər Prokurorluğunda olmağımıza baxmayaraq, bu günə qədər bir nəticə əldə edə bilmədik. Nəticədə yorulub, oturub düşünməyə başladıq.
Əcəba! Görəsən, Orxan ilə Emilin hansı sehirli kəramətləri var ki, onlara toxunmaq olmaz?
Biz sualımıza cavab tapa bilmədik.
Lakin əminik ki, bizim yazımızdan sonra Salatın Quattrocchinin pozulmus hüquqlarını özünə təslim olunması ilə bağlı obyektiv qərar veriləcək.

Tərifə MAQSUDOVA

Həmçinin oxuyun

Beynəlxalq axtarışda olan 5 nəfər Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti …