Ana səhifə / Kriminal / İran Azərbaycanın ən böyük qaz layihəsində payını artırmaq istəyir

İran Azərbaycanın ən böyük qaz layihəsində payını artırmaq istəyir

İran Azərbaycanın ən böyük qaz layihəsi olan “Şahdəniz”də payını artırmaq niyyətindədir.

 

Bunu Trend-ə eksklüziv müsahibəsində İranın Rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın iranlı həmsədri Mahmud Vaezi deyib.

O bildirib ki, bu məsələ ilə bağlı artıq Azərbaycan tərəfi ilə danışıqlar aparılır: “İranın “NICO” şirkətinin “Şahdəniz” layihəsində iştirak payı var. Bu payı artırmaq üçün danışıqlar aparılıb”.

Qeyd edək ki, “NICO” şirkəti “Şahdəniz” layihəsində 10 faizlik paya sahibdir.

Həmçinin oxuyun

Son bir ildə Azərbaycanda 9,5 min nəfərə inzibati həbs cəzası verilib

Ötən il birinci instansiya məhkəmələrində inzibati xətalara dair 110,7 min işə baxılıb və bu 2022-ci …

Bir cavab yazın