Ana səhifə / Kriminal / İki uşaq anası intihar etdi – Yenilənib

İki uşaq anası intihar etdi – Yenilənib

Bakıda daha bir nəfər dəm qazından zəhərlənərək ölüb.

“Qafqazinfo” xəbər verir ki, 1977-ci il təvəllüdlü Sevinc Orucova dünən evində dəm qazından boğularaq vəfat edib.

Bu barədə S. Orucovanın dostları sosial şəbəkədə məlumat paylaşıb. 

Qeyd edək ki, S. Orucova ailəlidir, bir qız və bir oğlan övladı var.

***

Yasamal rayon Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, S. Orucova özünü yaşadığı evin hamam otağında asaraq intihar edib. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə iş açılıb. İntiharın səbəbləri istintaq yolu ilə araşdırılır.

Həmçinin oxuyun

“SOCAR-AQŞ”-nin keçmiş rəhbəri 16 milyonluq yeyinti ittihamı ilə məhkəmə qarşısına çıxır

“SOCAR-AQŞ”  MMC-nin keçmiş baş direktoru, 16 milyonluq mənimsəmədə ittiham olunan Ramin İsayev yaxın günlərdə məhkəmə …