Şənbə , May 11 2024
Ana səhifə / Kriminal / Hacıqabulda mikroavtobus qəzaya düşdü – 8 yaralı+Foto

Hacıqabulda mikroavtobus qəzaya düşdü – 8 yaralı+Foto

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, mikroavtobusun qəzaya düşməsi səbəbiləŞirvan Şəhər Mərkəzi Xəstəxanasına müxtəlif dərəcəli xəsarətlərlə 8 nəfər müraciət edib. Müraciət edən şəxslərdən 5 nəfəri qadın (62, 52, 36, 20, 17 yaşlı), 3-ü isə kişidir (43, 47 və 14 yaşlı). 

Yaralılardan 6-nın xəsarətləri yüngül olduğundan gün ərzində ambulator müalicəyə buraxılacaqları gözlənilir. Digər iki nəfərin – 62 yaşlı qadın və 43 yaşlı kişinin müalicələri travmatologiya şöbəsində davam edir. 

Vəziyyətləri orta-ağır stabil qiymətləndirilir.

Həmçinin oxuyun

Bəxtiyar Hacıyev: “Təcridxananın rəis müavini zorla sənədlərimi əlimdən aldı…”

İlyarımdır həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev Bakı İstintaq Təcridxanasının rəhbərliyindən şikayətçidir. O, mayın 10-da …