Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Kriminal / Gədəbəydə 9 yaşlı uşaq çayda boğulub – YENİLƏNİB – TƏFƏRRÜAT

Gədəbəydə 9 yaşlı uşaq çayda boğulub – YENİLƏNİB – TƏFƏRRÜAT

Gədəbəy rayonunda 9 yaşlı uşağın çayda boğulmasının təfərrüatı məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, rayonun Çobankənd kəndində İsaq Əliyev öz nəvəsi ilə birgə avtomobillə çayın qarşı tərəfinə keçmək istəyən zaman avtomobilin mühərriki sönüb. İ.Əliyevı maşından düşərək mühərriki işə salmağa çalışıb. Bu zaman avtomobildə olan nəvəsi, H.Əliyev avtomobilin qapısını açaraq çaya düşüb. Çayda su gur olduğundan sel uşağı aparıb. Baba nəvəsini xilas etmək istəyən zaman axan su onu da aparmağa başlayıb. H.Əliyev suda boğulub, İ.Əliyev isə ağır xəsarət alıb.

Yaxınlıqdakı insanlar tərəfindən hər iki şəxs sudan çıxarılıb. Huşsuz vəziyyətdə olan İ.Əliyev xəstəxanaya çatdırılıb. O, Bakı şəhərindəki özəl klinikalardan birinə aparılıb, vəziyyəti ağırdır.

*** 9:10

Gədəbəy rayonunda 9 yaşlı uşaq çayda boğulub.

“Report”un Qərb bürosunun xəbərinə görə, 2009-cu il təvəllüdlü Hüseyn Əliyev babası ilə çayı keçmək istəyərkən suya düşüb.

Nəticədə H.Əliyev boğulub.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Müsavat partiyasının fəalını iş yoldaşı öldürdü

İtkin düşmüş Natiq Mehdi Məhəmməd oğlunun itkin düşmüş polis daxil olmuş müraciet üzrə araşdırma aparılıb. …