Ana səhifə / Kriminal / Beynəlxalq Bankın bu rəhbəri də dəyişdi

Beynəlxalq Bankın bu rəhbəri də dəyişdi

Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Elmar Məmmədov vəzifəsindən kənarlaşdırılıb.

APA-nın bank sektorundan əldə etdiyi məlumata görə, müvafiq qərar ABB-nin Müşahidə Şurasının iclasında verilib.

Müşahidə Şurasının digər qərarı ilə Xalid Əhədov E.Məmmədovu əvəzləyib. Xatırladaq ki, X.Əhədov dekabrın 2-dən etibarən “Azər Türk Bank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edib.

X.Əhədovun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, həm ABB, həm də “Azər Türk Bank” dövlət banklarıdır.

Həmçinin oxuyun

Son bir ildə Azərbaycanda 9,5 min nəfərə inzibati həbs cəzası verilib

Ötən il birinci instansiya məhkəmələrində inzibati xətalara dair 110,7 min işə baxılıb və bu 2022-ci …

Bir cavab yazın