Bakıda küçədə baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.
Trend-in
məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi,
Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında baş verib.
Oktyabrın
6-da axşam saat 18:15 radələrində Biləcəri qəsəbəsi, Nəsimi küçəsi. ev
29, mənzil 3-də yaşayan, 1986-cı il təvəllüdlü Məmmədov Nicat Nazir oğlu
idarə etdiyi “Daewoo Nexia” markalı avtomobillə həyat yoldaşı, 1992-ci
il təvəllüdlü Məmmədova Leyla Feyzulla qızı və azyaşlı övladını Bakının
Yasamal rayonunda yaşayan qayınanasının evinə aparırmış. Həmin vaxt
N.Məmmədovun atası Nazir Məmmədov da avtomobildə olub. Bakı Beynəlxalq
Avtovağzalının yaxınlığında N.Məmmədovla həyat yoldaşı L.Məmmədova
arasında mübahisə yaranıb. Mübahisə nəticəsində N.Məmmədov avtomobili
küçədə saxlayaraq yük yerindən götürdüyü bıçaqla həyat yoldaşına 2 zərbə
endirib.
Bu
vaxt N.Məmmədovun atası Nazir oğlunu tutaraq gəlini Leyladan ayırıb,
qadın hadisə yerindən yaralı vəziyyətdə qaçmaq istəyib. Atasının əlindən
çıxan Nicat Məmmədov yenidən qadının arxasınca qaçaraq onu küçədə
yaxalayıb və qadına sinə və boğaz nahiyələrindən 20-dən artıq bıçaq
zərbəsi endirərək onu qətlə yetirib.
Faktla
bağlı Binəqədi rayon Prokurorluğunda Cinaət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hadisəni törədən
şəxs saxlanılıb.
Həmçinin oxuyun
Son bir ildə Azərbaycanda 9,5 min nəfərə inzibati həbs cəzası verilib
Ötən il birinci instansiya məhkəmələrində inzibati xətalara dair 110,7 min işə baxılıb və bu 2022-ci …