Ana səhifə / Kriminal / Bakıda 20 yaşlı qız Ermənistana casusluq maddəsiylə həbs olunub

Bakıda 20 yaşlı qız Ermənistana casusluq maddəsiylə həbs olunub

Laçın-Xankəndi yolunda ekoloji aksiyada iştirak edən 20 yaşlı Fidan Əliyeva dövlətə xəyanət maddəsiylə həbs olunub. 

Fidan Əliyevanın bir neçə ay əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunduğu məlum olub. 

Bakı Ağır Cinayətlər Məhkəməsindən aparılan araşdırmalara görə, Fidan Əliyeva Ermənistana casusluq edib.

İddia edilir ki, Fidan Əliyeva “Telegram” platforması üzərindən tanış olduğu Ermənistan xüsusi xidmət orqanı əməkdaşına Azərbaycan haqda məlumatlar, video və fotoşəkillər göndərib. Kadrların bir hissəsinin Bakının müxtəlif yerlərindən olduğu bildirilir. Məhkəmədə ifadə verən Fidan Əliyeva Ermənistana casusluq etməsi haqda ittihamı rədd edib və özünü təqsirli bilmədiyini deyib.

Onun sözlərinə görə, sosial mediada tanış olduğu adamı rus zənn edib və onunla məlumat ötürmək üçün yox, şəxsi məqsədlə tanış olub.

“Əvvəl heç onun erməni olduğunu bilməmişəm. Məqsədim adi insan kimi tanışlıq olub. Başqa məqsədim – Azərbaycan barədə məlumat vermək niyyətim olmayıb”- “musavat.com” saytı Fidan Əliyevadan sitat gətirib. 

Foto-video məsələsinə gəlincə, Fidan Əliyeva bildirib ki, qarşı tərəf ondan bəzən müəyyən yerlərdə kadrlarını çəkib göndərməsini istəyirdi, o da göndərirdi. 

Məsələ üzrə məhkəmə araşdırmaları davam edir.

Ötən il dekabrın 12-dən Laçın-Xankəndi yolunda ekofəal vətəndaşlar aksiya keçirib. 138 gün davam edən aksiyanın iştirakçıları Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirdilər.

Həmçinin oxuyun

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi – VİDEO

2022-ci ilin sentyabrın 8-də saat 13 radələrində Sultan Feyzullayev kirayə yaşadığı Binə qəsəbəsindəki evdə qeyri-rəsmi …