Çərşənbə , May 15 2024
Ana səhifə / Kriminal / Bakı metrosunda intihar edənin kimliyi məlum oldu – Yenilənib

Bakı metrosunda intihar edənin kimliyi məlum oldu – Yenilənib

Metronun Həzi Aslanov – İçərişəhər xəttində qatar tuneldə qalıb.

“Qafqazinfo”nun məlumatına görə, “Koroğlu” stansiyasından “Ulduz” stansiyasına gedən qatar stansiyaya daxil olarkən dayanıb.

Qatarın yarısı platformada, yarısı isə tuneldə qaldığı üçün qapılar açılmayıb və sərnişinlər də içəridə qalıb.

Bu qatar dayandığı üçün arxadan gələn digər qatarlar da hərəkəti dayandırıb. Bəziləri tuneldə qalıb.

Nasazlığın səbəbi bilinmir.

***

Bakı metrosunda yaranmış problemin səbəbi məlum olub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, saat 22:10 radələrində “Həzi Aslanov” metrostansiyasından “İçərişəhər”ə 15 saylı marşrut üzrə hərəkət edən qatar “Ulduz” stansiyasına daxil olarkən 20-25 yaşlarında olan gənc oğlan özünü qatarın altına atıb.

Onun üzərində şəxsiyyətini  təsdiq edən sənəd olmayıb.

Naməlum şəxsin meyiti qatarın altından çıxarılaraq hüquq-mühafizıə orqanlarına təhvil verilib.

Qatarların hərəkətində 20 dəqiqə fasilə yaranıb.

Hazırda qatarların hərəkəti bərpa olub.

***

Metroda intihar edən şəxsin Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Mustafazadə Rəşad Əlixan oğlu olduğu müəyyənləşib.

Həmçinin oxuyun

Müsavat fəalını qətlə yetirən direktor müavininin FOTOLARI 

Xəbər verdiyimiz kimi, Müsavat partiyası fəalı Natiq Mehdi Məhəmməd oğlunun (Natiq Ulubəy) itkin düşməsi barədə …