Bazar ertəsi , May 20 2024
Ana səhifə / Kriminal / Bərdədə polis ehtiyatsızlıqdan həmkarını güllələdi

Bərdədə polis ehtiyatsızlıqdan həmkarını güllələdi

Bərdə rayon Polis Şöbəsinin əməkdaşını həmkarını güllələyib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə mayın 31-dən iyunun 1-nə keçən gecə baş verib.

Şöbənin Post Patrul Xidmətinin əməkdaşı, polis serjantı 1991-ci il təvəllüdlü Məmməd Məmmədzadə xidməti başa vurduqdan sonra silahını təhvil verərkən “Makarov” markalı silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində növbətçi köməkçisi, serjant Fərid Mehdiyevi vurub. F.Mehdiyev qolundan yaralanıb və xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bərdə RPŞ-dən bildirilib ki, hadisə ilə bağlı onlar heç bir məlumat verə bilməzlər.

Həmçinin oxuyun

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi – VİDEO

2022-ci ilin sentyabrın 8-də saat 13 radələrində Sultan Feyzullayev kirayə yaşadığı Binə qəsəbəsindəki evdə qeyri-rəsmi …