Ana səhifə / Kriminal / Azərbaycanlı iş adami ailəsi ilə birlikdə FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

Azərbaycanlı iş adami ailəsi ilə birlikdə FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

Ukraynanın Luqansk vilayətinin Slavyanoserbski rayonu ərazisində azərbaycanlı iş adamı ailəsi ilə birlikdə faciəvi şəkildə ölüb.
Azinforum.az  report-a istinadən xəbər verir ki, əslən Azərbaycanın Xaçmaz rayonundan olan 1971-ci il təvəllüdlü Sübahir Qulu oğlu Həsənov şəxsi avtomobilində ailəsi ilə birgə yaşadığı rayon istiqamətində hərəkət edərkən qəflətən avtomobili partlayıb.
Partlayış səsinə yaxınlıqdakı insanlar köməyə gəlsələr də, avtomobildəkiləri yanğından xilas etmək mümkün olmayıb. Nəticədə azərbaycanlı iş adamı, bir övladı və həyat yoldaşı yanaraq ölüb.
S.Həsənov Luqanskda kənd təsərrüfatı biznesi ilə məşğul olub.

Həmçinin oxuyun

Son bir ildə Azərbaycanda 9,5 min nəfərə inzibati həbs cəzası verilib

Ötən il birinci instansiya məhkəmələrində inzibati xətalara dair 110,7 min işə baxılıb və bu 2022-ci …