Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Kriminal / “Azərişığ”ın işçiləri qəzaya düşdülər – Ölən və yaralananlar var+ Fotolar

“Azərişığ”ın işçiləri qəzaya düşdülər – Ölən və yaralananlar var+ Fotolar

Xudat-Xaçmaz yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hərəkətdə olan avtomobil qəflətən idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişin, Xaçmaz rayon Xudat qəsəbə sakini Ehtimal Bəxtiyar oğlu Əzizov dünyasını dəyişib.

Digər 2 nəfər- Xudat qəsəbə sakinləri Firuz Pirməmməd oğlu Sultanov və Kamran Bəhram oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə təcili tibbi yardım avtomobili və həkim briqadası cəlb olunub.

Yaralı şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, sərnişin və sürücünün vəziyyəti ağır olaraq qalır.

Məlumata görə, “Lada Priora”nın sürücüsü və avtomobildə olan sərnişinlər “Azərişıq” ASC-nin Xudat şöbəsinin əməkdaşlarıdır.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

“Qafqazinfo”

Həmçinin oxuyun

Müsavat partiyasının fəalını iş yoldaşı öldürdü

İtkin düşmüş Natiq Mehdi Məhəmməd oğlunun itkin düşmüş polis daxil olmuş müraciet üzrə araşdırma aparılıb. …